Tədbirin açılış mərasimində ilk öncə Azərbaycanın və Türkiyənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib.
Tədbirin aparıcısı, tanınmış telejurnalist Samirə Mustafayeva, qonaqları salamlayaraq, şirkətin yarandığı gündən etibarən keçdiyi inkişaf yolundan, iqtisadi fəaliyyət istiqamətlərindən və Azərbaycanda reallaşdırdığı mühüm layihələrdən bəhs edib.
O, vurğulayıb ki, şirkət ötən 15 il ərzində peşəkar fəaliyyəti, innovativ yanaşmaları və strateji əməkdaşlıq prinsipləri ilə etibarlı tərəfdaş imici qazanıb. Daha sonra tədbir iştirakçılarına şirkətin 15 illik fəaliyyətinə həsr olunmuş xüsusi hazırlanmış qısa metrajlı tanıtım videosu təqdim olunub. Video süjetdə şirkətin tarixi inkişaf mərhələləri, mühüm layihələri və gələcəyə yönəlmiş hədəfləri əks etdirilib.
Tədbirdə çıxış edən “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in Azərbaycan filyalının direktoru tanınmış iş adamı Serkan Kamer, yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib və şirkətin Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib.
O, bildirib ki, şirkət fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan bazarında etibarlı tərəfdaş statusu qazanmaqla yanaşı, həm də ölkənin iqtisadi inkişafına mühüm töhfələr verib.
“Azərbaycan bu gün regionun ən stabil və dinamik inkişaf edən dövlətlərindən biridir. Burada xarici şirkətlər üçün yaradılmış əlverişli biznes mühiti, iqtisadi sabitlik və təhlükəsizlik şəraiti sayəsində bir çox uğurlu layihələr reallaşdırmaq mümkün olub. Biz də bu mühüm prosesin bir hissəsi olmaqdan qürur duyuruq. Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermək və fəaliyyət istiqamətlərimizi daha da genişləndirmək bizim üçün həm məsuliyyət, həm də böyük şərəfdir,” – deyə Serkan Kamer vurğulayıb.
Şirkət rəhbəri əlavə edib ki, qarşıdakı illərdə Azərbaycanda həyata keçiriləcək layihələrin həcmi və keyfiyyəti daha da artırılacaq, yerli tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Elman Nəsirov və digər rəsmi şəxslər şirkət kollektivini 15 illik yubiley münasibətilə təbrik ediblər. Deputatlar çıxışlarında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd ediblər.“Azərbaycan və Türkiyə xalqları tarixən ortaq dəyərlərə, dilə, dinə və mədəni köklərə bağlı xalqlardır. Ulu öndər Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamı bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu gün də hər iki ölkə bütün sahələrdə – istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahədə – bir-birini sarsılmaz şəkildə dəstəkləyir. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizədə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyi heç vaxt unudulmayacaq,” – deyə deputatlar çıxışlarında bildiriblər.Millət vəkilləri həmçinin qeyd ediblər ki, Türkiyəyə məxsus şirkətlərin Azərbaycandakı uğurları hər bir azərbaycanlıda qürur və fəxarət hissi doğurur. Onlar şirkətin 15 illik fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə yeni nailiyyətlər və uzunmüddətli əməkdaşlıqda uğurlar arzu ediblər.
Tədbirin növbəti hissəsində Türkiyə Respublikasının Azərbaycandakı Baş Ticarət müşaviri Gulizar Yavaş, Azərbaycanın sabiq Təhsil Naziri, professor Firudin Cəlilov və “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in təsisçisi Mustafa Değirmenci çıxış ediblər.
Onlar şirkətin fəaliyyəti, əməkdaşlıq prinsipləri və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında oynadığı rol barədə fikirlərini bölüşüblər. Çıxışlar zamanı vurğulanıb ki, belə şirkətlər Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının dayanıqlı inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verirlər.
Çıxışlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra Şirkətin ictimaiyyətlə əlaqələr və Marketinq direktoru Tuğba Kamer tərəfindən fərqlənən şirkət əməkdaşları təltif edilib. Onlara təşəkkür plaketləri təqdim olunub.
Rəsmi hissədən sonra tədbir ziyafət və konsert proqramı ilə davam edib. Gecədə Azərbaycanın tanınmış sənətçiləri səhnə alaraq musiqi nömrələri ifa ediblər. Qonaqlara milli mətbəximizin ən ləziz təamları təqdim olunub, səmimi və bayram ab-havası tədbir boyu davam edib.
“Biznesxeber” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb.
"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar, avqustun 22-də saat 06:00-dan etibarən təchizat bir gün müddətinə dayandırılacaq", - şirkətdən bildirilib.
Qeyd edilib ki, həmin müddət ərzində respublikanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına qazla təmin ediləcək.
Biznesxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Zvezdaç” teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, o, şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC yaradıb. Kanal iddia edir ki, şirkətin hüquqi ünvanı və məmurlar haqqında məlumatlar etibarsızdır.
Bildirilib ki, sözügedən şirkətin hesabları artıq bloklanıb.
Əlavə olaraq bloqerin kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl (təxminən 57.000 AZN) məbləğində iki iddia qaldırılıb.
Qeyd edək ki, mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə axtarışa verildiyi üçün Həsənov barəsində qiyabi həbs qərarı verilib.
Biznesxeber.az xəbər verir ki, "Brent" markalı neftin fyuçersləri 33 sent və ya  0.49%  artaraq 67,17 dollar olub.
“Biznesxeber” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.
"Bu, həm ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsidir. Son illər Azərbaycanda da startap ekosisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü və sistemli addımlar atılıb. Ekosistemi bir çətir altında birləşdirən Agentlik olaraq yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyimiz proqramlar nəticəsində artıq konkret nəticələrə nail olmuşuq", - deyə o qeyd edib.
F.Osmanovun sözlərinə görə, Agentlik bir neçə ildir ki, ölkədə inkubasiya və akselerasiya proqramlarının təşkil edilməsi istiqamətində fəal çalışır: "Bu il biz iki mühüm akselerasiya proqramına imza atmışıq. Bunlardan biri "Sabancı ARF" və "Viveka" ilə birgə reallaşdırdığımız "4+1 ClimAccelerator" proqramıdır. Proqramın məqsədi iqlim innovasiyalarını təşviq etmək, region ölkələri arasında əməkdaşlıq platforması yaratmaqdır. Nəticələr kifayət qədər təsirlidir: 14 ölkədən 150-dən çox müraciət qəbul olunub, 56 startap B2B formatına uyğunlaşdırılıb, 10 startap COP29 çərçivəsində təqdim olunub. İstanbulda keçirilmiş bağlanış mərasimində AZIRRIGATION adlı yerli startap 50 000 avro qrantla mükafatlandırılıb.
ABŞ İqtisadi Göstəriciləri: CPI və PPI
12 avqust 2025-ci il tarixində ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) göstəricisi açıqlanıb. İllik inflyasiya 2.7% səviyyəsində qeydə alınıb ki, bu, əvvəlki 2.8% ilə müqayisədə yüngül azalma deməkdir. Aylıq müqayisədə isə CPI 0.1% azalıb. Aşağı inflyasiya göstəricisi bazarlarda Federal Ehtiyyatlar Sisteminin (FEED) faiz siyasətinə dair mülayim gözləntiləri gücləndirib.
Ötən həftə açıqlanan İstehsal Qiymətləri İndeksi (PPI) göstəricisi isə istehsal qiymətlərində əvvəlki ayla müqayisədə 0.9% artım olduğunu göstərib. Bu göstərici inflyasiyanın istehsal mərhələsində də sabitləşmənin olmadığı göstərir və istehlak bazarına təzyiqin yüksək olduğu fasktını ortaya qoyur.
Avrozona, İngiltərə və Yaponiya: ÜDM Göstəriciləri
Avrozona:
Avrozonada ÜDM göstəricisi 2-ci rübdə illik 1.4% artıb ki, bu, əvvəlki 1.5%-lik artım göstəricisindən azdır. Xüsusilə Almaniya və İtaliya iqtisadiyyatında yavaşlama müşahidə olunub.
İngiltərə:
İngiltərənin ÜDM-si 2-ci rübdə illik 1.2% artaraq, gözləntilərə yaxın nəticə göstərib (ötən ay 1.3%). Bank of England faiz siyasətində dəyişiklik etməyə hazır görünür, lakin iqtisadi yavaşlamanı nəzərə alaraq ehtiyatlı qalır.
Yaponiya:
Yaponiya 2-ci rübdə ÜDM artımını 1.0% səviyyəsində açıqlayıb (ötən ay 0.6%). Bu, ölkənin uzunmüddətli iqtisadi bərpa strategiyalarına uyğun olaraq mülayim artım tempini göstərir.
Maliyyə bazarına təsiri: Avro və funt sterlinq nisbətən sabit qalaraq qlobal bazarlarda risk iştahını qoruyub. Yaponiya yenində kiçik zəifləmə müşahidə olunub, bu isə əsasən xarici investorların diqqətini ABŞ və Avro zona iqtisadiyyatına yönəltməsi ilə izah olunur.
Geosiyasi Hadisələr: Tramp-Putin Görüşü
15 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alaska hərbi bazasında görüşüb. Görüşün əsas gündəliyi Ukrayna məsələsi və nüvə razılaşması imkanları olub. Rəsmi açıqlamalarda iki liderin dialoqun konstruktiv olduğu, lakin konkret nəticələr barədə razılıq əldə olunmadığı vurğulanıb.
Maliyyə bazarına təsiri: Görüş xəbərləri qlobal investorlar tərəfindən diqqətlə izlənib. Xüsusilə enerji və silah sektoru qiymətlərində volatil hərəkətlər müşahidə olunub. Brent nefti qiymətləri görüş günü ucuzlaşaraq 67.30$-da 65.90$-a yüksəlib. Bununla yanaşı, Avropa səhmləri və qlobal indekslərdə qısa müddətli ticarət dalğalanmaları baş verib.
11–15 avqust 2025-ci il tarixləri dünya maliyyə bazaları üçün həssas bir dövr olub. ABŞ-da inflyasiya göstəricilərinin aşağı olması, Avrozona və İngiltərədə ÜDM-in sabitləşməsi, Yaponiya iqtisadiyyatındakı mülayim artım investorlar üçün əsas göstərici olub. Tramp-Putin görüşü isə qlobal risk iştahına qısa müddətli təsir göstərərək enerji və müdafiə sektorunda qiymət dalğalanmalarına səbəb olub.
Ümumilikdə, qlobal maliyyə bazarları geosiyasi hadisələrə həssas qalmaqla yanaşı, iqtisadi göstəricilər əsasında uzunmüddətli trendi qoruyur. Növbəti həftələrdə ABŞ-da istehlak və istehsal qiymətləri, Avropada makroiqtisadi göstəricilər və enerji qiymətləri bazarların istiqamətini müəyyən edəcək əsas faktorlar olaraq qalacaq.
Yeni həftə ərzində maliyyə bazarlarında diqqətlər əsasən Amerikada hər il baş tutan "Jackson Hole" Simpoziumu, Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitesinin son toplantısının dərc olunacaq protokolları, ABŞ-da, Almaniyada, Avrozonada, İngiltərədə açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi və Filadelfiya FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərinə yönələcək.
Həftənin çərşənbə günü Avrozonada və İngiltərədə, cümə günü isə Yaponiyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi rəqəmləri də həftənin ən önəmli xəbərlərindəndir.
Həftə ərzində həmçinin, Yeni Zellandiya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, Kanadada yayımlanacaq CPİ, İngiltərədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Almaniyada dərc olunacaq ÜDM hesabatı kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən maraqla izləniləcək.
Cümə günü FED sədri Cerom Pavelin çıxışı da dlların dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
EUR
Ötən həftəni 1.17000 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftəyə də artımla başlayıb.
Hazırda 1.17050 həddində ticarət olunan məzənnədə "buğalar" qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Cari həftə ərzində Almaniyada və Avrozonada açıqlanacaq makroiqtisadi göstəricilər avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.35550 həddində tamamlayan GBPUSD məzənnəsi yeni həftənin əvvəlində də bahalaşır.
Bu həftə İngiltərədəXidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi kimi iqtisadi göstəricilər funt-sterlinqin dünya birjalarında qiymətlərinə yön verə bilər.
XAUUSD
İnvüstorlarının risk iştahının artması fonunda qızıl ötən həftəni enişlə tamamladı. Ötən həftəni 3336$ səviyyəsində başa vuran sarı metalın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə, eniş tendensiyası artım tendensiyası davam edə bilər.
"İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
"Biznesxeber" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-iyul aylarında platformada həm veb, həm də mobil tətbiq vasitəsilə qeydiyyatdan keçənlərin, rəqəmsal xidmətlər və sənədlərdən istifadə edənlərin sayında dinamik artım müşahidə olunub. Belə ki, platformada yeni qeydiyyatdan keçənlərin sayı ötən ilin sonu ilə müqayisədə 61 %, aktiv istifadəçilərin sayı isə 34 % artıb. İlin ilk yarısında ümumilikdə 490 minə yaxın yeni istifadəçi qeydiyyatdan keçib, iyul ayında isə bu rəqəm 107,4 min nəfərə çatıb. “Mygov”da aktiv istifadəçilərin sayı 554 min nəfərə yüksələrək əvvəlki dövrlərlə müqayisədə rekord göstərici olub.
Hal-hazırda “mygov” mobil tətbiqindən məhkumluq haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti haqqında arayış məlumatları, təhsil məlumatları, hərbi xidmətlə bağlı məlumatlar, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc məlumatlarının təqdim olunması, səhiyyə istiqamətində peyvənd, elektron resept, tibbi göndərişlər, laborator analiz nəticələri, sağlamlıq haqqında arayış, bank kartları ilə ödəniş imkanı və bu kimi digər xidmət və məlumlatlardan faydalanmaq mümkündür. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyat hadisələri üzrə bir sıra digər xidmətlər – nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə edilməsi platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.
Bununla yanaşı, “mygov ID” funksionallığı da rəqəmsal xidmətlərin istifadəsində artıma əhəmiyyətli töhfə verib. “mygov ID” istifadəçilərə QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə təhlükəsiz və rahat giriş imkanı təmin edir. Bundan əlavə, şəxsi məlumatların yenilənməsi, parolun dəyişdirilməsi, çoxfaktorlu autentifikasiya, giriş açarları (passkey) və məlumat paylaşım icazələrinin idarə olunması kimi geniş imkanlar təqdim edir.
Hazırda platformada 386 xidmət rəqəmsal formada təqdim olunur. Ən çox istifadə olunan xidmətlər sırasında əsasən arayışların əldə olunması, kommunal və dövlət xidmətlərinə qeydiyyat və rəqəmsal sənədlərin istifadəsi yer alır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində platformadakı xidmətlərə “mygov” üzərindən müraciətlərin sayı cari ilin ilk 7 ayında 2024-cü ilin sonu ilə müqayisədə 5 dəfədən çox artıb.
Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, kağız daşıyıcılardan istifadənin azaldılması, kağızsız hökumətə keçidin sürətləndirilməsi və rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm addımlar atılıb. Belə ki, 27 sənədin “mygov” platforması üzərindən rəqəmsal formada təqdim olunması və fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malik olması rəsmi olaraq təsdiqlənib və qanun qüvvəyə minib. Bu dəyişikliklər nəticəsində ötən illə müqayisədə platforma üzərindən təqdim olunan rəqəmsal sənəd və məlumatların sayı və çeşidi əhəmiyyətli dərəcədə artıb, vətəndaşların gündəlik ehtiyaclarına uyğun yeni sənəd növləri əlavə olunub. Hazırda “mygov”a inteqrasiya olunan rəqəmsal sənəd və məlumatların sayı 67-yə çatdırılıb. Bu sənədlər vətəndaşlara fiziki daşıyıcılara ehtiyac olmadan “mygov” vasitəsilə rəqəmsal şəkildə təqdim edilir. Nəticədə cari ilin ilk 7 ayı ərzində “mygov” platforması üzərindən istifadə olunan rəqəmsal sənəd sayı ötən ilin sonu ilə müqayisədə 31% artaraq 1.33 milyona çatmışdır.
Son dövrlərdə “mygov” mobil tətbiqi ölkə üzrə ən çox yüklənən tətbiqlər arasında ilk sıralarda yer alıb, “iOS” platformasında birinci yerdə, “məhsuldarlıq” kateqoriyasında isə digər populyar tətbiqləri geridə qoyaraq hər iki platforma üzrə (“iOS” və “Android”) lider mövqeyə yüksəlib. Platformanın yenilənməsindən hələ bir il keçməsinə baxmayaraq, qeydiyyatdan keçmiş istifadəçilərin sayının artıq 1.5 milyonu keçməsi bu sahədə əldə olunan irəliləyişin, vətəndaşların rəqəmsal xidmətlərə artan tələbatının və “mygov” platformasına olan güclü etimadın bariz göstəricisidir.
Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.
İndi fərdi sahibkarlar SİMA-nın “KYC Videozəng” həlli vasitəsilə “Yelo Business” tətbiqində məsafədən bank hesabı aça bilərlər. Xidmət tamamilə ödənişsizdir və 5 dəqiqədən az vaxt tələb edir. Yeni istifadəçilər üçün tətbiqdə sənədlərin “SİMA İmza” ilə imzalanması və “SİMA KYC Videozəng” vasitəsilə identifikasiya edilməsi kifayətdir. Bankın cari müştəriləri isə xidmətdən videozəng çağrısı olmadan, sadəcə “SİMA İmza” vasitəsilə yararlana bilərlər.
“Yelo Bank”da SİMA rəqəmsal imza ilə həyata keçirilən daha bir xidmət isə yeni rəqəmsal kartın əldə edilməsidir. Artıq Bankın tətbiqində “Yelo” rəqəmsal kartını “SİMA İmza” ilə anında aktivləşdirərək, filiala getmədən dərhal istifadə etmək mümkündür.
SİMA haqqında
SİMA Rəqəmsal Həllər Platformasını AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC yaradıb. Platformaya daxil olan SİMA rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
“SİMA KYC” isə real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
"Biznesxeber" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 34 min manat ödəniləcək.