SON DƏQİQƏ

Oleq Pekos: Özbəkistan Azərbaycanla rəqəmsal bazar yaratmaq potensialını görür

Reshane Quliyeva 04/08/2025

Azərbaycan və Özbəkistan arasında ümumi rəqəmsal bazar yaratmaqla bağlı yüksək potensial mövcuddur.

Bu barədə “Biznesxeber.az” bu barədə "Report"a  istinadən xəbər verir.

"Azərbaycan və Özbəkistan arasında ümumi rəqəmsal bazar yaratmaqla bağlı yüksək potensial mövcuddur. İnformasiya texnologiyaları sahəsində səylərin birləşdirilməsi sərhədlərarası rəqəmsal ticarəti sadələşdirməyə, həmçinin startapların genişləndirilməsi və innovativ həllərin tətbiqi üçün əlverişli şərait yaratmağa imkan verəcək", - o qeyd edib.

Nazir müavininin sözlərinə görə, Belə bir təşəbbüsün həyata keçirilməsi üçün konkret addımlar lazımdır. O bildirib ki, buraya rəqəmsal əməkdaşlıq haqqında ikitərəfli sazişin imzalanması, texniki və normativ aspektlərin razılaşdırılmasına dair işçi qrupun yaradılması, pilot rəqəmsal layihələrin (elektron sənəd dövriyyəsi platforması, təhsil portalları və s.) işə salınması, həmçinin rəqəmsal infrastrukturun inkişafı daxildir.

“Bu gün “IT Park” rezidentləri arasında Azərbaycan kapitallı 6 şirkət (PUSH30, SOFTGILE, FINANCIAL CHAIN CORPORATION və s.) mövcuddur. Bu müəssisələrdə 115 nəfər çalışır və 2024-cü ilin yekunlarına görə, bu müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi 51,3 milyard sum təşkil edib”, - O.Pekos vurğulayıb.

Müsahibənin mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

 
 

Digər Məqalələr