SON DƏQİQƏ

Ermənistana qazın verilişi dayandırılacaq

Reshane Quliyeva 22/08/2025

Gürcüstan ərazisində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana qaz təchizatı müvəqqəti dayandırılacaq.

“Biznesxeber” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazprom Armeniya” şirkəti məlumat yayıb.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq. Bununla əlaqədar, avqustun 22-də saat 06:00-dan etibarən təchizat bir gün müddətinə dayandırılacaq", - şirkətdən bildirilib.

Qeyd edilib ki, həmin müddət ərzində respublikanın istehlakçıları daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına qazla təmin ediləcək.

 
 

Digər Məqalələr