SON DƏQİQƏ

Azərbaycanda ilk dəfə Moldovanın quraqlığa və xəstəliklərə davamlı üzüm sortları sınaqdan keçirilir

Reshane Quliyeva 01/08/2025

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) Şamaxı Təcrübə Stansiyasında Moldovanın abiotik və biotik amillərə davamlı yeni üzüm sortlarından ibarət nümayiş üzüm bağı salınıb.

Bunu “Biznesxeber.az”a institutun direktoru Vüqar Səlimov deyib.

Onun sözlərinə görə, son dövrlərdə qlobal iqlim dəyişikliyi nəticəsində yağıntıların miqdarında qeyri-mütənasiblik və ciddi azalmalar müşahidə olunur. Bu da kənd təsərrüfatı bitkiləri, o cümlədən üzümçülük üçün ciddi təhlükə yaradır:

“Son tədqiqatlar göstərir ki, stress faktorları arasında quraqlığın təsiri son illərdə artaraq 26 %-ə yüksəlib. Quraqlığın güclü olduğu illərdə məhsul itkisi 50 %-ə qədər çata bilər. Belə şəraitdə üzümçülükdə ekoloji risklərin müəyyənləşdirilməsi, onların təsirinin azaldılması və preventiv tədbirlərin hazırlanması əsas tədqiqat istiqamətlərindən birinə çevrilməlidir”.

ÜŞETİ-nin direktoru qeyd edib ki, institut tərəfindən quraqlığa davamlı sortların seçilməsi və yaradılması, uyğun sortların introduksiyası və iqlimləşdirilməsi istiqamətində işlər görülür. Eyni zamanda, kökün əsas hissəsinin yerləşdiyi torpaq hissəsində rütubət toplanılması və saxlanılması, tənəyin bilavasitə özünə təsir edən müvafiq aqrotexniki və torpaq becərmə tədbirlərinin tətbiqi, suya qənaət edən innovativ texnologiyaların təşviqi həyata keçirilir:

Digər Məqalələr